İQTİSADİYYAT


“AzerGold” Əlavə Tədbirlər Proqramı hazırlayıb

“AzerGold” Əlavə Tədbirlər Proqramı hazırlayıb

Bakı, 2 fevral, AZƏRTAC

2020-ci ildə “AzerGold” QSC icrası nəzərdə tutulmuş layihələr portfelini geniş təhlil edib, ölkədə iqtisadi fəallığın qorunmasına və təşviqinə töhfələrin verilməsi məqsədilə Əlavə Tədbirlər Proqramı hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

"Əlavə Tədbirlər Proqramının icrası ilə regionlarda məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılıb, podratçı şirkətlər daxil olmaqla işlə təmin edilmiş əməkdaşların orta sayı 658 nəfər olub, ümumilikdə 20,7 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. Proqramın icrası üçün tələb edilən vəsait dövlət büdcəsindən ayırmalar hesabına deyil, QSC-nin "Bakı Fond Birjası" QSC-də yerldəşdirdiyi istiqrazları hesabına təmin edilib. İki tranş üzrə baş tutmuş və 20 milyon ABŞ dolları təşkil edən istiqraz emissiyasında tələb təklifi orta hesabla 2 dəfədən çox üstələyib, QSC üçün illik faiz xərci 4 faizdən 3,36 faiz düşüb", - deyə Z.İbrahimov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.