İQTİSADİYYAT
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
Bakı, 24 fevral, AZƏRTAC
2021-ci ildə "Çovdar" yatağının cinahları, yəni "AzerGold" QSC-nin geoloqları tərəfindən kəşf edilən "Ağyoxuş" və "Mərəh" sahələrinin istismara verilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 24-də ötən ilin yekunları və bu il görüləcək işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, "Ağyoxuş" yatağının resurs potensialı 40 min unsiya qızıl hesablanıb. Hazırda yatağın açıq üsulla istismarı layihəsi çərçivəsində mədən dizaynı hazırlanır. "Mərəh" sahəsinin isə ilkin kəşfiyyat işləri müsbət nəticələnib və ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. Növbəti mərhələdə ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üzrə işlər davam etdiriləcək.