İQTİSADİYYAT


“AzerGold” QSC 2019-cu ildə vergi ödənişlərini artırıb

Bakı, 21 yanvar, AZƏRTAC

2019-cu ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat göstəriciləri 55 min unsiya qızıl və 103 min unsiya gümüş olub.

QSC-dən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2018-ci illə müqayisədə 9,74 min unsiya (21,3 faiz) qızıl və 25,74 min unsiya (33,2 faiz) gümüş çoxdur. Ötən il “AzerGold” tərəfindən beynəlxalq bazarda 59,6 min unsiya qızıl və 110,9 min unsiya gümüş satılıb ki, bu da 2018-ci illə müqayisədə 14,6 min unsiya (33 faiz) qızıl və 34,6 min unsiya (47 faiz) gümüş çoxdur.

“AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi, bütün növ vergi ödənişlərində də artım qeydə alınıb. Belə ki, 2019-cu ildə dövlət büdcəsinə ümumilikdə 13 milyon 487 min 739 manat vəsait ödənilib. 2018-ci ildə bu məbləğ 12 milyon 644 min 465 manat təşkil edib. Ötən ildə büdcə ödənişləri əvvəlki illə müqayisədə 843 min 274 manat, yəni 6,67 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.