İQTİSADİYYAT
“AzerGold” QSC-nin “Təqaüd proqramı” müsabiqəsi çərçivəsində test imtahanı keçiriləcək
Bakı, 4 avqust, AZƏRTAC
“AzerGold” QSC tərəfindən dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün elan edilmiş ikinci “Təqaüd proqramı” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün daxil olmuş bütün müraciətlərə aidiyyəti üzrə baxılaraq, əvvəlcədən elan edilmiş şərtlərə cavab verən bütün namizədlər test imtahanı mərhələsində iştirak hüququ əldə ediblər.
İmtahan avqustun 13-ü saat 10:00-da “AzerGold”un baş ofisində keçiriləcək. İmtahanda iştiraka dair rəsmi bildiriş alan namizədlərdən avqustun 13-ü saat 09:40-dan gec olmayaraq Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H ünvanına gəlmələri xahiş olunur. İmtahanın müddəti 1 saatdır.
Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.