İQTİSADİYYAT


“AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) “AzerGold” QSC-nin AZ2002019878 dövlət qeydiyyat nömrəli, 10 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 37 investor tərəfindən qiymət intervalı 1 milyon AZN (4 faiz) və 103.4239 AZN (3 faiz) olan 46 sifariş təqdim edilib. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 102.0681 AZN (3,5 faiz), orta ölçülmüş qiyməti 102.4759 AZN (3,35 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 milyon 443 min dollar təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon dollar olub.

Qeyd edək ki, sentyabrın 24-də “AzerGold” QSC-nin istiqrazlarının birinci tranş üzrə 10 milyon dollar həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilib və orta ölçülmüş qiyməti 101.7493 AZN (3,38 faiz) müəyyən edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.