CƏMİYYƏT


“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb

Bakı, 28 oktyabr, AZƏRTAC

“AzerGold” QSC-nin kollektivi Vətən müharibəsində şəhid olmuş iş yoldaşı Rauf Əsgərovun şəhadətinin 1-ci ildönümü ilə əlaqədar Gəncə şəhər Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət ediblər.

QSC-dən AZƏRTAC-a bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Qeyd edək ki, Rauf Əsgərov 2020-ci il oktyabrın 6-da ehtiyatda olan zabit kimi ordu sıralarına çağrılıb. O, Silahlı Qüvvələrimizin baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Rauf Əsgərov oktyabrın 26-da Füzulinin Mərdinli kəndində şəhidlik zirvəsinə ucalıb. O, oktyabrın 28-də Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Müharibəyə qədər “AzerGold” QSC-nin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışmış qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xatırladaq ki, Səhmdar Cəmiyyətin 8 nəfər əməkdaşı ordumuzun şanlı Qələbəsi ilə nəticələnən Vətən müharibəsində iştirak edib. Rauf Əsgərovla yanaşı, QSC-nin Mühafizə xidmətinin əməkdaşı baş leytenant Muxtar Qasımlı 2020-ci il oktyabrın 2-də Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

“AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların ailələrinə, yaxınlarına bir daha başsağlığı verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.