İQTİSADİYYAT


“AzerGold”un satış gəlirləri artıb

“AzerGold”un satış gəlirləri artıb

Bakı, 15 mart, AZƏRTAC

2022-ci ildə “AzerGold” QSC-nin beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışı həcmlərində müsbət dinamika müşahidə edilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ümumi satış göstəriciləri 2022-ci ildə 63,5 min unsiya qızıl və 207,8 min unsiya gümüş olub. Bu, 2021-ci illə müqayisədə qızılın satış həcmində 3,7 min, yəni 6,1 faiz, gümüşün satış həcmində 74,9 min unsiya, yəni 56,3 faiz artım deməkdir.

Qızıl üzrə qeyd edilən ümumi satış həcmindən 59,9 min unsiya, gümüş üzrə isə 193,5 min unsiyası beynəlxalq bazarlarda realizə olunub. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə 555 unsiya qızılın, 14,2 min unsiya gümüşün satışı icra olunub. Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.

Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 207,2 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. 2017–2022-ci illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş gəlir isə 960,7 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.