SİYASƏT
AzərTAc-ın Çin dilində yaydığı xəbərlər ölkə ictimaiyyətinin Azərbaycanı yaxından tanımasına kömək edəcək VİDEO
Pekin, 23 dekabr, AZƏRTAC
Çinin geniş izləyici dairəsinə malik xəbər portalları AZƏRTAC-ın internet səhifəsinin Çin dilində versiyasının Pekində keçirilmiş təqdimatı barədə informasiyalar yaymaqda davam edir.
Ölkənin ən böyük xəbər portallarından olan SinaNews, China Youth Network News, Western Network, Xinmin Evening News və digər saytlarda yerləşdirilən materiallarda AZƏRTAC-ın fəaliyyətindən bəhs olunur, agentliyin 7 dildə, o cümlədən Çin dilində xəbər yaydığı vurğulanır. Qeyd olunur ki, agentliyin Çin dilindəki xəbərləri ölkə ictimaiyyətinin Azərbaycanı daha yaxından tanımasına kömək edəcək. Xəbər saytları “Azərbaycan-Çin münasibətlərinə AZƏRTAC-ın fotoobyektivindən baxış” fotosərgisi barədə də məlumatlar yayır.
Xəbərlərlə aşağıdakı linklərdə tanış olmaq mümkündür:
http://news.sina.com.cn/o/2014-12-17/180231296511.shtml
http://news.youth.cn/jsxw/201412/t20141217_6282778.htm
http://news.xinmin.cn/world/2014/12/17/26236695.html
http://news.cnwest.com/content/2014-12/17/content_11954240.htm
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin