İQTİSADİYYAT


“AzerTelecom” “Caspian Energy Forum Baku – 2019”un partnyoru olub

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycanın beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək IX “Beynəlxalq Caspian Energy Forum Baku – 2019”un partnyoru olub. IX “Beynəlxalq Caspian Energy Forum Baku – 2019” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və “Caspian Energy”nin fəaliyyətinin 20 illik yubileyinə həsr olunub.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“AzerTelecom” özündə dünyanın 70 ölkəsindən 5 mindən çox şirkəti birləşdirən “Caspian European Club”un fəal iştirakçısıdır və biz mövcud əməkdaşlığımızdan məmnunuq”, - deyə Telman Əliyev bildirib.

“AzerTelecom” MMC-nin baş direktoru Fuad Allahverdiyev region üçün IX “Beynəlxalq Caspian Energy Forum - 2019” kimi mühüm və gözlənilən əlamətdar hadisə çərçivəsində əməkdaşlığı faydalı hesab edir. Onun sözlərinə görə, “AzerTelecom” şirkəti uzun illərdir “Caspian European Club”u dəstəkləyir və keçirilən biznes-forumlarda fəal şəkildə iştirak edir.

“Caspian Energy Forum - 2019”un işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, agentliklərinin, dövlət xidmətlərinin rəhbərləri, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri var.

“Caspian Energy Forum Baku – 2019” üç sessiyadan ibarət olacaq. Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Qeyd edək ki, Azərbaycanın aparıcı magistral internet provayderi “AzerTelecom” şirkəti ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.