Azər Əliyev: Gənclər təşkilatları ilə birlikdə beynəlxalq əlaqələrimizi genişləndirməyə önəm veririk
AzerTAg.az
Bakı, 2 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Hazırda Avropa Şurası tərəfindən Fransanın Strasburq şəhərində keçirilən, həmçinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Milli əlaqələndirici olduğu “Demokratiya burda, demokratiya indi” kampaniyasının növbəti üç günlük davamlılıq görüşündə Milli Şuranı təmsil edirəm.
Tədbir Avropanın müxtəlif ölkələrini təmsil edən gənclər təşkilatları və Milli Şuralardan olan 80 fəal gənci bir araya toplayaraq kampaniyanın son müddət ərzində əldə etdiyi nəticələr, gələcək hədəflərin müəyyənləşdirilməsi, kampaniyanın icrasında gənclərin iştirakçılığının təşviqi və artırılması, qiymətləndirilmə, 2023-cü il və ondan sonrakı illərdə keçiriləcək fəaliyyətləri planlaşdırmaq məqsədi daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev deyib.
O qeyd edib ki, ARGTMŞ olaraq ətrafımızda çətir halında birləşdirdiyimiz 147 təşkilatla birlikdə hər zaman beynəlxalq əlaqələrimizin genişlənməsinə, inkişafına, beynəlxalq donorlarla daim aktiv fəaliyyətə önəm veririk və bacardığımız qədər bu cür görüş, tədbirlərdə iştirak etməyə çalışırıq. Görüşlərin bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq təmsilçiliyimiz inkişaf edir, digər ölkə gəncləri ilə əlaqələrimiz yaranır, müxtəlif ölkələrin gənclər təşkilatları ilə təcrübə mübadiləsi aparırıq. Bu hal isə bizə zaman keçdikcə formalaşan böyük şəbəkənin imkanlarından yararlanmaq fürsəti verir.


Xəbərin mətnində orfoqrafik səhv var