İQTİSADİYYAT


Azər Əmiraslanov: Aqrar sektor dayanıqlı inkişafın təmin olunmasında və iqtisadiyyatın şaxələndirilməsində xüsusi rol oynayır

Bakı, 10 dekabr, AZƏRTAC

Aqrar sektor dayanıqlı inkişafın təmin olunmasında və iqtisadiyyatın şaxələndirilməsində xüsusi rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 10-da Azərbaycanda ilk dəfə keçirilən aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov deyib.

O bildirib ki, aqrar siyasətin başlıca vəzifəsi effektivlik meyarlarının və ekoloji tələbləri səmərəli şəkildə uzlaşdırmaqdan ibarətdir: "Hazırda ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür. Bu sahənin inkişafı üçün strateji məqsədlər, vəzifələr və hədəflər müəyyən olunub. Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib. Çünki o dayanıqlı inkişafın təmin olunmasında, iqtisadiyyatın şaxələndirilməsində və yoxsulluğun azaldılmasında xüsusi rol oynayır. Bugünkü forum da aqrar innovasiyaların tətbiqi ilə bağlı məsələlərin səmərəli müzakirəsinə və təcrübə mübadiləsinə öz töhfəsini verəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.