REGİONLAR


Azər Badamov: Alma bayramının keçirilməsi aqrar sahədə yüksək nailiyyətlərin göstəricisidir

Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Bu gün Qubada ənənəvi Alma bayramı təşkil olunub. Təkcə Qubada deyil, ətraf rayonlarda da bayram ab-havası var. Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində bu gün regionlarda kənd təsərrüfatı inkişaf dövrünü yaşayır. Xüsusilə Qubada, Qusarda, Xaçmazda yeni meyvə bağları salınır, tərəvəzçilik inkişaf etdirilir. Belə bayramların keçirilməsi aqrar sahədə yüksək nailiyyətlərin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada keçirilən Alma bayramında iştirak edən Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, hər bir bayram, festival keçirildiyi bölgənin turizm potensialının, iqtisadi inkişafının təbliğinə də xidmət edir. Bu gün keçirilən Alma bayramında da xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri və çoxlu sayda digər qonaqlar iştirak edirlər. Bu bayram bütün diqqəti Qubaya yönəldib. Bu region həm meyvəsi, həm də füsunkar təbiəti ilə seçilir. Gələn qonaqlar da təkcə Qubanın yox, bütün şimal regionunun inkişafını görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.