SİYASƏT


Azər Badamov: Biz regionda yeni reallıq yaratmışıq

Şuşa, 15 iyun, Həşim Güləmirov AZƏRTAC

İyunun 15-i dövlətimizin tarixində qızıl hərflərlə yazılıb. Çünki bu tarix həm Milli Qurtuluş Günümüzdür, həm də bir il əvvəl Şuşa Bəyannaməsinin imzalanması günüdür. Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətləri bu Bəyannamənin imzalanması ilə rəsmiləşdi və bununla da dünyaya ölkələrimizin birliyini nümayiş etdirdi.

Bu fikirləri Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr olunan beynəlxalq konfransda iştirak edən Milli Məclisin deputatı Azər Badamov AZƏRTAC-a müsahibəsində söyləyib.

O bildirib ki, Bəyannamənin imzalanmasından keçən bir il ərzində Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yeni müstəvidədir. Dövlət başçılarının həm səfərləri, həm də beynəlxalq aləmdə eyni mövqedən çıxış etmələri bunu bir daha sübut edir.

“Torpaqlarımızın işğaldan azad olunmasından sonrakı bir il ərzində Füzuli Hava Limanının açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak edib. Bu cür tədbirlər Azərbaycan və Türkiyənin gələcəyinə hesablanmış hədəflərə nail olunması üçün bu gün qoyulan bünövrədir. Biz regionda yeni reallıq yaratmışıq. Bu reallıq yalnız sülhə və əməkdaşlığa xidmət edəcək”, - deyə deputat qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.