İQTİSADİYYAT
Azər Bayramov: Xüsusi tibb xidmətinin büdcədənkənar xərclərinin artırılması nəzərdə tutulur

Bakı, 7 iyun, AZƏRTAC
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləğlərinin artırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 7-də keçirilən iclasında 2023-cü il üçün dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, həmin artımlar 2023-cü il üçün dövlət büdcəsinə edilən dəyişikliklərdə öz əksini tapacaq. Belə ki, ümumi dövlət bölməsində büdcədənkənar xərclər üzrə nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manat azaldılaraq məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün nəzərdə tutulmuş xərclərə yönəldilməsi zəruri hesab edilib.
Azər Bayramov xüsusi tibb xidmətinin büdcədənkənar xərclərinin 1 milyon manat artırılması nəzərdə tutulduğunu da qeyd edib.