“Azər Buzovnalı yaradıcılığı: tarixilik və müasirlik” adlı monoqrafiya nəşr olunub
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovanın “Azər Buzovnalı yaradıcılığı: tarixilik və müasirlik” adlı monoqrafiyası nəşr olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçiləri professorlar Məhərrəm Qasımlı, Azadə Musayeva və filologiya elmləri doktoru Nailə Səmədovadır.
Kitabda Azər Buzovnalının poetik irsi ilk dəfə hərtərəfli və sistemli şəkildə araşdırılıb, şairin zəngin yaradıcılıq nümunələrinin ideya, məzmun, forma və bədii sənətkarlıq xüsusiyyətləri araşdırılıb, onun müxtəlif mövzuları əhatə edən yaradıcılığı arxiv nümunələri əsasında ədəbi janrlar və üslubi baxımdan tədqiqata cəlb edilib və onların bədii sənət nümunəsi kimi dəyəri müəyyənləşdirilib.

Xəbərin mətnində orfoqrafik səhv var