CƏBHƏ XƏBƏRLƏRİ


Azər Paşa Nemətov: Qüdrətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qısa zamanda azad edəcək

Bakı, 28 sentyabr, AZƏRTAC

Ermənistan dünyada təcavüzkar dövlət kimi tanınır. Ermənilərin ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir qısmı işğala məruz qalıb. Dövlətimiz hər zaman ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetirib. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda işğalçı dövləti silahı yerə qoymağa və sülhə nail olmağa səsləyib. Hər vəchlə, Ermənistanın siyasi və hərbi rəhbərliyi bir bəhanə ilə danışıqlara mane olub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.

Müsahibimiz bildirib ki, münaqişənin dinc yolla həll olunması üçün uzun illər danışıqlar aparılıb. Ancaq gəldiyimiz qənaət bu olub ki, Ermənistan siyasi hakimiyyəti öz məkrli siyasətindən əl çəkmir. Bu günlərədək Azərbaycanın işğal olunmuş əraziləri nəinki işğal altında qalmaqda davam edib, hətta bütün beynəlxalq hüquq normalara zidd olaraq, burada müxtəlif növdən olan qeyri-qanuni fəaliyyət aparılması meyilləri güclənib. Bu hallar da ölkəmizi narahat edib və dövlətimizin başçısı tərəfindən dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlara məlumat verilib. Ancaq yenə də düşmən öz bildiyini edib.

“Biz çox yaxşı başa düşürük ki, Ermənistan-Azərbaycan münaqişənin ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən əsasda çözülməsi Cənubi Qafqazın gələcəyi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. Ermənistan rəhbərliyi bütün imkanları tükəndirdi, bircə yol qaldı ki, Azərbaycan öz işğal altındakı torpaqlarını müharibə yolu ilə qaytarsın. İki gündür Azərbaycanın rəşadətli ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü ələ alıb, düşmənə ağır zərbələr endirilir. Bir neçə kəndimiz işğaldan azad olunub. Bu mənada, ordumuzun əzmi və ruh yüksəkliyi bizi çox sevindirir. Ümid edirəm ki, işğal altında olan bütün torpaqlarımız işğaldan tam azad olunacaq. Ordumuza güvənirik, daim ordumuzun yanındayıq. Qüdrətli Azərbaycan Ordusu güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə bir qüdrətli ordu ilə işğal altında olan torpaqlarımızı qısa zamanda azad edəcəyik. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin siyasəti Azərbaycanı ən güclü dövlətlərdən biri edib və etməkdə davamlı olacaq. Yaşasın, Azərbaycan. Qarabağ Azərbaycanındır, Azərbaycandır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.