İQTİSADİYYAT


“Azər-Türk Bank” Bakı və Qəbələdəki “ASAN xidmət” mərkəzlərində POS-terminallar quraşdırıb

Bakı, 22 fevral, AZƏRTAC

"Azər-Türk Bank" Bakı və Qəbələdəki "ASAN xidmət" mərkəzlərində POS-terminallar quraşdırıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palata tərəfindən yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində "Azər-Türk Bank" ASC təmsil olunduğu 5 saylı Bakı "ASAN xidmət" mərkəzində və Qəbələdəki “ASAN xidmət” mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə verib.

POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür. Birgə aparılacaq islahatlar əsasında digər "ASAN xidmət" mərkəzlərində də nağdsız ödəniş şəbəkəsi genişləndiriləcək.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.