İQTİSADİYYAT


“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi beynəlxalq IQNET təşkilatının bütün lazımlı tələblərinə cavab verir

Bakı, 9 iyul, Elvin Camalov, AZƏRTAC

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi beynəlxalq sertifikat şəbəkəsi olan IQNET təşkilatının bütün lazımlı tələblərinə cavab verir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminin resertifikasiyasını uğurla keçib və aeronaviqasiya təminatı üzrə IQNET təşkilatının bütün lazımlı tələblərinə cavab verdiyini təsdiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.