İQTİSADİYYAT


“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi yenidən sertifikatlaşdırma üzrə auditdən keçib

Bakı, 8 iyun, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verdiyini uğurla təsdiq edib.

QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZANS ISO 9001: 2008 (keyfiyyətin idarə edilməsi sistemi) beynəlxalq standartına uyğunluğunu təsdiqləyərək yenidən sertifikatlaşdırma üzrə auditdən keçib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun olaraq həyata keçirilən audit sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış və müstəqil ekspert - Almaniyanın “DQS” şirkəti tərəfindən aparılıb. Həmin audit şirkəti Avropada aviaşirkətlərə xidmət göstərilməsi üzrə liderlərdən biri hesab edilən Almaniyanın “DFS” aeronaviqasiya təchizatçısının sertifikatlaşdırma orqanıdır.

Audit AZANS Hava Hərəkəti İdarəsində keyfiyyətin idarə edilməsi sisteminin işini, əvvəlki yenidən sertifikatlaşdırma dövründə olduğu kimi bir daha yüksək qiymətləndirib.

Qeyd edək ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əsas imkanlardan biri Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə Azərbaycanın hava məkanında üç səviyyəli uçuşların təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi olub.

COVID-19 pandemiyası səbəbindən aviasiya sənayesində baş verən böhrana baxmayaraq, AZANS mülki aviasiya uçuşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün böyük səylər göstərib. AZANS, həmçinin Azərbaycanın hava məkanının istifadəçiləri üçün aeronaviqasiya xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.