İQTİSADİYYAT
“Azəraeronaviqasiya” beynəlxalq mükafata namizəd olub
Bakı, 8 fevral, Elvin Camalov, AZƏRTAC
Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) yaradılmasına görə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi nüfuzlu “World ATC Award 2019” mükafatına namizəd göstərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilir ki, müxtəlif layihələrin həyata keçirilməsinə görə birinci yerə namizədlər arasında, həmçinin İspaniya, İsveçrə və İngiltərənin aeroportlarının Hava Hərəkəti İdarələri qərarlaşır. Qalib cari il martın 12-də Ümumdünya Hava Hərəkətinin İdarə Edilməsi Konqresində elan ediləcək.