İQTİSADİYYAT


Azərbaycan 2010-2016-cı illərdə Türkiyə iqtisadiyyatına 5 milyard dollara yaxın investisiya yatırıb

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan 2010-2016-cı illərdə Türkiyə iqtisadiyyatına 4 milyard 899 milyon dollar investisiya yatırıb.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyəyə ən çox investisiya yatıran ölkələrin siyahısında Azərbaycan 12-ci yerdədir. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulan birbaşa sərmayənin həcmi 129 milyon dollar təşkil edib.

Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkə isə Hollandiya olub. Bu ölkə 2010-2016-cı illərdə Türkiyə iqtisadiyyatına 22 milyard 15 milyon dollar sərmayə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.