İQTİSADİYYAT


Azərbaycan 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib.

AZƏRTAC xəbər verir ki, ölkəmiz 62,7 bal ilə reytinqdə 58-ci yerdədir.

Ermənistan 61,3 bal ilə siyahıda 69-cu, Gürcüstan isə 60,6 balla 74-cü pillədə qərarlaşıb. 141 ölkədən ibarət reytinq siyahısının beşliyinə ilk yerdə Sinqapur olmaqla ABŞ, Honkonq, Niderland və İsveçrə daxildir.

Qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur.

Azərbaycan “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”,  “innovativ potensial” kimi indekslərdə ötən ilə nisbətən irəliləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.