MƏDƏNİYYƏT


Azərbaycan 2019-cu ildə turistlərin Rusiyadan qatarla ən çox səyahət etdikləri ölkələr sırasındadır

Moskva, 28 yanvar, AZƏRTAC 

Azərbaycan 2019-cu ildə turistlərin Rusiyadan qatarla ən çox səyahət etdikləri ölkələr sırasındadır.

AZƏRTAC xəbər verir ki, “OneTwoTrip” səyahətlərin planlaşdırılması xidməti 2019-cu ildə Rusiyadan qatarla tez-tez səyahət edilən ölkələrin adlarını çəkib.

Ən populyar dəmir yolu istiqaməti kimi Belarus (qatar üçün bütün xarici istiqamətlərə satılan biletlərin 47,7 faizi), Ukrayna (18,3 faiz) və Finlandiya (8 faiz) müəyyən edilib.

Populyar dəmir yolu istiqamətləri arasında Azərbaycan, Qazaxıstan, Estoniya, Latviya, Moldova, Özbəkistan və Tacikistan da yer alıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.