İQTİSADİYYAT


Azərbaycan 2020-ci ildə ən çox İtaliyaya məhsul göndərib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan ötən il ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən il ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 4 milyard 172,2 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 597,7 milyon dollar, Rusiyaya isə 709,3 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 568,4 milyon dollar, Türkiyə ilə 4 milyard 160,8 milyon dollar, Rusiya ilə 2 milyard 671,5 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.