Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində dövlət qulluğu sahəsində islahatlar

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində dövlət qulluğu sahəsində islahatlar

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan müstəqilliyinin bərpasından sonra yeni – iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılıb. Azərbaycanda siyasi və iqtisadi dəyişikliklərdən obyektiv şəraitdən və subyektiv faktorlardan, milli və mədəni xüsusiyyətlərdən asılı olaraq seçilmiş dövlət qulluğu modeli dövlət qulluq münasibətlərinin tənzimlənməsi üçün qəbul edilən normativ hüquqi aktların məzmununa, dövlət qulluğunun inkişafına, müasir tələblərə cavab verən dövlət qulluqçuları korpusunun yaradılmasına birbaşa təsirini göstərib.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Murtəza Həsənovun “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində dövlət qulluğu sahəsində islahatlar” adlı məqaləsini təqdim edir.

Təhlillər göstərir ki, axırıncı onilliklərdə Azərbaycanın iqtisadi, siyasi, sosial, hüquqi sahələrində köklü dəyişikliklər aparılıb, hakimiyyət sistemində, mülkiyyət münasibətlərində yenidənqurma prosesi gedib, müasir dövlət qulluğu institutu formalaşıb. Dövlət qulluğu çoxtərəfli anlayış olmaqla dövlət hakimiyyətinin idarəetmə təsirini göstərən və dövlət idarəetməsinin daxili mahiyyətini açan geniş anlayışlardan biridir. Müasir dövrdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, onun suverenlik və müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

Dövlət qulluğu dövlət idarəçiliyinin əsas istiqamətlərindən biridir. Dövlət qulluğu hələ dövlət idarəçilik elmi yaranmamışdan əvvəl mövcud olub. O, dövlət idarəçilik elmindən əvvəl yaranmasına baxmayaraq, yalnız idarəçilik elminin tərkib hissəsi olaraq dövlət qulluğunun elmi idarə edilməsi prosesi baş verib.

“Qulluq” sözü Vladimir Dalin izahlı lüğətində istifadə etmə, xeyir, fəaliyyət, başqaları üçün həyat, xidmət, faydalı iş, qulluq etmək, qulluğa yaramaq, yararlı, faydalı olmaq, məqsəd üçün alət, vasitə olmaq, işin içinə və ya üstünə getmək, gərəkli, lazımlı olmaq kimi göstərilir.

Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanın düşdüyü yeni tarixi şəraitdə demokratik dəyərlər üzərində müstəqil dövlət quruculuğu prosesinə start verildi. Azərbaycan XX əsrin sonunda öz müstəqilliyini yenidən bərpa etməklə dünya dövlətləri sırasında özünə layiq yer tutdu, yeni yaranan dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. 1995-ci ildə ümumxalq referendumunda ölkə Prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və beləliklə, ölkənin gələcək inkişafı üçün müasir tələblərə cavab verən demokratik, hüquqi dövlətin əsası qoyuldu. Ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” fərman imzaladı. Fərmanda islahatların həyata keçirilməsi ilə müəyyən nəticələrə nail olmaq qarşıya məqsəd kimi qoyulurdu. Ümumi olaraq dövlət idarəetməsi sistemində aşağıdakı dörd istiqamət üzrə islahatların aparılması nəzərdə tutulmuşdu:

1) dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması;

2) audit sisteminin islahatı;

3) dövlət idarəetmə sisteminin islahatı;

4) hüquq və məhkəmə sisteminin islahatı.

Dövlət idarəetmə sisteminin islahatı dövlət qulluğu islahatlarını da nəzərdə tutur. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrlar hazırlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına əsasən, hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində idarəetmə ixtisasları üzrə təhsil alır.

Dövlət idarəetmə fəaliyyətinin bir istiqaməti olan dövlət qulluğunun idarə edilməsində əsas faktor ümumi idarəetmə fəaliyyətində olduğu kimi insan amilidir. Yəni dövlət qulluqçularının seçilməsi, inkişafı, attestasiyası, ümumiyyətlə, dövlət qulluğunda kadrların idarə edilməsinin səmərəli təşkil edilməsi məsələləri mühüm əhəmiyyət kəsb edir. Dövlət qulluğu kadrlarının idarə edilməsinin elmi əsaslarını nəzərdən keçirmək, məqsəd, funksiya və prinsiplərini müəyyən etmək və ən optimal idarəetmə metodlarından istifadə etmək vacib dövlət idarəçilik fəaliyyətidir.

Hər bir dövlət öz idarəçilik missiyasını dövlət qulluğu institutu, məmurlar vasitəsilə həyata keçirir. Bu baxımdan, dövlət qulluğu bir növ dövlətlə cəmiyyət arasında vasitəçi rolunu oynayır. Məmurlar öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən müxtəlif təbəqələrdən olan insanlarla ünsiyyətə girir, onların qanuni tələblərinin icra olunmasına səy göstərir, müvafiq tapşırıqlar verir və tədbirlər görürlər.

Dövlət qulluğunun idarə olunması çox vacibdir, belə ki, dövlət aparatının səmərəli işləməsinə təsir edən əsas amillərdən biri bilavasitə orqanların, idarələrin və şöbələrin işinə cavabdeh olan, yüksək vəzifələrdə çalışan məmurların professionallığı və səriştəsidir. Məhz onlar dövlətin məqsədli proqramlarını idarə edir və dövlət siyasətinin ayrı-ayrı aspektlərinin işlənib hazırlanmasında bilavasitə iştirak edirlər. Beləliklə, dövlətin siyasi və inzibati potensialı, yəni aydın məqsəd və prioritetlərini müəyyən etməklə onlara nail olmaq əsasən siyasi, həmçinin inzibati elitanın keyfiyyətindən, yuxarı pillə dövlət aparatının fəaliyyətindən asılıdır.

Yeni siyasi və iqtisadi sistemin yaranması dövlət mexanizmin köklü dəyişilməsinə səbəb olmuş bu mexanizmin fəaliyyətini təmin edən dövlət qulluğu problemlərini ön plana keçirib. Qeyd olunduğu kimi, dövlət qulluğu dövlət və dövlət-hüquq təzahürləri ilə üzvi bağlıdır və dövlət aparatının fəaliyyətində mühüm rol oynayır. Dövlət və dövlət aparatına hansı aspektdən götürsək, o bizi dövlət qulluğuna gətirir, onunla əlaqələndirilir, funksiya göstərməsində əks asılılığı formalaşdırır. Dövlət aparatı dövlət qulluğu, dövlət qulluqçusu olmadan cansız struktur və sxemdir. Dövlət qulluğunun təşkili ilə dövlət orqanlarının aparatında vəzifələr komplektləşdirilir, dövlət idarəetmə mexanizmi işə düşür, dövlət aparatı statik vəziyyətdən dinamik vəziyyətə keçir.

Dövlət qulluğu konstitusiya niyyətlərinin və dövlətin məqsədləri, funksional və təşkilati strukturlarının qayda və prosedurları kadr potensialından asılı olub, onların bilik və iradəsi, düşüncə və enerjisi ilə həyata keçirilir. Bu isə dövlət qulluğunun formalaşması problemini tam ciddiliyi ilə qoyur. Dövlət qulluğu, məmurluq, bürokratik qulluq, kütləvi qulluq, mülki qulluq anlayışları çoxlarının dilində qarışdırılaraq tez-tez təkrar edilir, danışılır, lakin onun mahiyyəti dərindən dərk olunmaz qalır.

Azərbaycan suverenlik qazandıqdan sonra keçmiş ittifaq respublikalarında olduğu kimi, Azərbaycanda da dövlət qulluğunun yeni əsaslarla nəzəri modelinin hazırlanması və qanunvericilikdə rəsmiləşdirilməsinin yeni mərhələsi başlanır. Qeyd etmək lazımdır ki, 1991-ci ilə qədər dünyanın böyük dövlətləri arasında təkcə sovetlər ölkəsində dövlət qulluğu haqqında qanun yox idi. Keçən əsrin 90-cı illərinin əvvəlindən dövlət qulluğunun islahatlar dövrü başlayır. Keçmiş sovet respublikalarında dövlət qulluğu sahəsində islahatlar başlayıb və bu dövrdə müxtəlif konsepsiyalar, layihələr irəli sürülüb və qanunlar qəbul edilib. Məsələn, Belarus Respublikasının “Dövlət aparatında qulluğun əsasları” haqqında qanun (1993, 23 noyabr), Ukrayna Respublikasında “Dövlət qulluğu haqqında” qanun (1993, 16 dekabr), Rusiya Federasiyasında “RF dövlət qulluğunun əsasları” haqqında qanun (1995, 5 iyul), Qazaxıstan Respublikasında “Dövlət qulluğu haqqında” qanun (1999, 6 avqust), Azərbaycan Respublikasında “Dövlət qulluğu haqqında” qanun (2000, 21 iyul), Qırğızıstan Respublikasında “Dövlət qulluğu haqqında” qanun (2004, 11 avqust) qəbul edilib. Bu qanunlar dövlət qulluğunun hüquqi tənzimlənməsinin əsaslarını təşkil edib, bu təzahürə legitimlik verib, sonrakı qəbul olunan normativ hüquqi aktların mahiyyətini dəyişib, dövlət qulluğunun inkişafına təsir göstərib.

Dövlət qulluğu anlayışında keçmiş sovet respublikalarında iki yanaşma formalaşıb. Birinci yanaşmada əsas diqqət: dövlət qulluğu, dövlət orqanlarında təsis edilmiş dövlət vəzifəsinin icrası yolu ilə dövlətin məqsəd və funksiyalarının yerinə yetirilməsinə yönəldilir. İkinci – dövlət qulluğunun təyinatı dövlət orqanlarının, vəzifəli şəxslərin səlahiyyətlərinin icrasını təmin etmək olduğu vurğulanır. Bu yanaşmaya görə dövlət qulluğu dövlətin məqsəd və funksiyalarından ayrı təzahür kimi nəzərdə tutulur və dövlət orqanları çərçivəsində dövlət orqanı rəhbərinin iradəsini və maraqlarını təmin edir.

Birinci yanaşma əksər MDB respublikalarında, o cümlədən “Azərbaycan dövlət qulluğu” haqqında Qanunda təsbit edilib. Bu baxışın müəlliflərindən biri Q.V.Atamançukdur. İkinci yanaşma Rusiya Federasiyasının “Dövlət qulluğunun haqqında qanunvericilik”də öz əksini tapıb. Bu yanaşmanı əksər rus alimləri qəbul edirlər.

Dövlət qulluğu sistemində dövlət orqanlarının fəaliyyəti prosesində problemlərlə qarşılaşmaq qaçılmaz hesab edilir. Çünki bu fəaliyyətin bilavasitə iştirakçısı məhz kadrlar – dövlət qulluqçularıdır. Belə ki, dövlət qulluğu sisteminin formalaşmasının ilkin mərhələsində dövlət orqanlarında dövlət qulluqçularının qeyri-etik davranışlarına, nizam-intizam qaydalarına tam riayət etməmələri, vətəndaşlarla düzgün əlaqə prosesinin qurulmaması, şəffaflıq və hesabatlılıq prinsiplərinə minimum şəkildə riayət olunması, subyektivlik və s. kimi problemlər mövcud idi. Lakin müasir şəraitdə bu cür problemlər olduqca azalıb, buna isə həyata keçirilən islahatlar, yeni yaradılan idarəetmə forma və üsulları nəticəsində nail olunub.

Belə ki, bu istiqamətlərdən biri “Dövlət qulluqçularına etik davranış qaydaları haqqında” AR Qanunu (31 may 2007-ci il qəbulu ilə) dövlət qulluğu prinsipləri daha da zənginləşdirilib, möhkəmləndirilib, onların həyata keçirilməsi mexanizminin təsirliliyini artırıb. Qanunda davranış qaydalarına: vicdanlı davranış, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, loyallıq, ictimai etimad, insanların hüquq, azadlıq və qanuni maraqlarına şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət, mədəni davranış, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz yolla əldə edilməsinə yol verilməməsi, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, əmlakdan və məlumatlardan düzgün istifadə və s. məsələlər daxildir.

Dövlət qulluqçularının qulluq-etik davranışı prinsiplərinin pozulmasına görə intizam məsuliyyəti, əgər hüquq pozuntusunda cinayət tərkibi əlamətləri aşkar edildikdə bu barədə müvafiq orqanlara məlumat verilməsi nəzərdə tutulur.

Ulu öndər Heydər Əliyev korrupsiyanı təhlükəli sosial bəla adlandırıb və ona qarşı ümumxalq mübarizəsi elan edib. Bu mübarizənin səmərəliliyinə nail olmaq üçün zəruri təsisatlar yaradılıb, qanunlar qəbul edilib. 2000-ci il iyunun 8-də “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” Prezident fərmanı imzalanıb, respublikamız insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox beynəlxalq konvensiyaya qoşulub. Korrupsiyaya qarşı mübarizə sahəsində qəbul olunmuş normativ aktların təsirliliyi mühüm amillərdən biridir. Bu baxımdan “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” (1996), “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” (1999), “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında (2000), Azərbaycan Respublikası Prezidentinin fərmanları və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu (2004) əhəmiyyəti böyükdür”.

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu korrupsiya ilə əlaqədar hüquqpozmalarının aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, səmərəliliyinin təmin edilməsinə yönəldilir. Qanunda korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, qanunun tətbiq dairəsi, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət, qohumların birgə işləməsinə yol verilməməsi (7-ci maddə), hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər (8-ci maddə) və s. əksini tapıb.

Bu gün isə həmin mübarizə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha qətiyyətlə aparılır. Hakimiyyətin üç qolunun nümayəndələrindən ibarət Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi Komissiya yaradılıb. Qeyd edilməlidir ki, artıq respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik və institusional baza yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” ölkəmizdə şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığını bir daha təsdiqləyir. Şəffaflığın təmin edilməsi ictimaiyyətin dövlət orqanlarının qərarları haqqında daha çox məlumata malik olması, dövlət orqanlarına ictimai etimadın güclənməsi və onların məsuliyyətinin daha da artırılması kimi səciyyələndirilir. Şəffaflıq dövlət orqanlarının hesabatlılığının və məsuliyyətinin daha da artmasına, onların fəaliyyətinin daha səmərəli şəkildə təhlil edilməsinə və qiymətləndirilməsinə xidmət edir.

Son illər Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq standartlara cavab verən hüquqi və institusional islahatlar həyata keçirilib, müvafiq qanunvericilik bazası, xüsusi təsisatlar yaradılıb. Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi və yaradılan yeni, səmərəli, müasir xidmət modeli Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə də dünyanın diqqət mərkəzindədir.

Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi və yaradılan yeni, səmərəli, müasir xidmət modeli olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə də dünyanın diqqət mərkəzindədir. Agentliyin yaradılması “vətəndaş - dövlət qulluqçusu” münasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin və fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, eyni xidmətləri bir neçə dövlət orqanı göstərdikdə onlar arasında sağlam rəqabət mühiti yaranır ki, bu da korrupsiyanın, süründürməçiliyin qarşısını almağa və vətəndaş məmnunluğunun təmininə səbəb olur. Bu xüsusiyyətin islahatlar prosesində nəzərə alınması bir neçə orqanın xidmətlərini bir qurumda təqdim edən “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə nəticələnib. Azərbaycan dövləti bir çox qabaqcıl dövlətlərin təcrübəsini təhlil edərək dövlət idarəçiliyində yeni bir model olan “ASAN xidmət”i yaradıb. Belə ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. DİM dövlət qeydiyyatına 21 oktyabr 2016-cı ildə alınaraq DQMK və TQDK ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilib. Belə ki, Dövlət İmtahan Mərkəzinə öz fəaliyyətindən - imtahanların keçirilməsindən gəlir əldə etmək imkanı verilib. Belə olduqda isə həm göstərilən xidmətlərin keyfiyyət səviyyəsi yüksələcək, həm də dövlət büdcəsinə əhəmiyyətli dərəcədə qənaət etmiş olarıq. Azərbaycan Respublikası “Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 saylı fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında dövlət qulluğu məsələlərinə dair komissiya ləğv edilərək, Dövlət İmtahan Mərkəzi ilə birləşdirilir. Bununla əlaqədar olaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli qanuna dəyişikliklər edilməsi barədə qanun və bu qanuna əsasən dövlət qulluğu vəzifəsinə aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradılır.

Azərbaycanda “bir pəncərə” mərkəzlərinin vətəndaşların xidmətləri əldə etməsinə çox böyük təsiri vardır. “Bir pəncərə” mərkəzi modeli - vətəndaşların bir sıra dövlət xidmətlərini əldə edə bildikləri belə mərkəzlər – İngiltərə, Kanada və Gürcüstan kimi ölkələrdə xidmətlərin göstərilməsində səmərəliyi artırmaq üçün tətbiq edilib.

Neqativ halların yaranmasına səbəb olan əsas amillərdən biri kimi də maraqların toqquşmasını qeyd edə bilərik. Dövlət orqanlarında bu kimi problemin aradan qaldırılması üçün bir sıra tədbirlər görülüb ki, bunlara aşağıdakıları sadalaya bilərik:

• Öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadəyə yol verməməli;

• Xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yaranan hallarda, həmin maraqların xarakteri barədə bilavasitə rəhbərinə məlumat verməli;

• Başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqlar toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə dövlət orqanı rəhbərinə məlumat verməli;

• Dövlət qulluğuna xitam verildikdən sonra əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilat və ya onun bölmələrindən gələn iş təkliflərini qəbul etməməlidir.

Aydındır ki, dövlət idarəçiliyinin əsasını insanlar - səriştəli və peşəkar idarəetmə işçilərindən ibarət dövlət qulluqçuları təşkil edir. Buna görə də dövlət idarəetməsinin mərkəzi problemi idarəetmə kadrlarından ibarət olur ki, onların da səriştəliliyi, bacarığı və peşəkarlığı dövlət idarəetməsinin səmərəliliyinə təsir göstərir. Azərbaycanda demokratik islahatların taleyi, onların sosial bazasının möhkəmləndirilməsi dövlət qulluğunun inkişafı ilə sıx bağlıdır. Dövlətin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyyətli həlli üçün yüksək ixtisaslı, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, ləyaqətli, açıq, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərin dövlət qulluğuna cəlb olunması tələb olunur.

“Dövlət qulluğu haqqında” Qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaradıb. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirib, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaradıb. Qanunda dövlət qulluğunun cəmiyyət qarşısında cavabdehliyini və cəmiyyətə xidmət göstərməyə yönümlülüyünü, şəffaflığını, peşəkarlığını, etikliyini təmin edən prinsiplər müəyyənləşdirilib. Belə ki, qanunda və qanunun tətbiqi ilə bağlı Fərmanda nəzərdə tutulan məsələlərin həlli Azərbaycanda meritokratik prinsiplərə uyğun qurulmuş elə səmərəli, peşəkar dövlət qulluğu sisteminin formalaşmasına gətirib çıxarıb ki, bu sistem dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində varisliyi və fasiləsizliyi təmin edib, vətəndaşlara keyfiyyətli dövlət xidmətləri göstərməyə imkan verib. Aparılan islahatlar ölkədə siyasi sistemi, dövlətçiliyinin əsaslarını möhkəmləndirməklə yanaşı, onun daxili və xarici siyasətində uğurlu inkişafı üçün real təminat mexanizmi də formalaşdırdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb