SİYASƏT


“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il fevralın 2-də imzalanmış “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncamdan irəli gələrək “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın mayın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə alt işçi qrupları rəhbərlərinin iştirakı ilə videoformatda iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda "2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər, təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.