CƏMİYYƏT


Azərbaycan ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransında təmsil olunub

Bakı, 29 sentyabr, AZƏRTAC

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib: “Azərbaycan bütün azadlıqların, o cümlədən din azadlığının yüksək səviyyədə təmin olunduğu tolerant ölkədir. Bu gün ölkəmizdə mətbuat, söz, sərbəst toplaşmaq, həmçinin vicdan azadlığı təmin edilib. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmayıb. Azərbaycan, eyni zamanda, beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə mühüm töhfəsini verir. Təsadüfi deyil ki, son illərdə Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, humanitar və mədəniyyətlərarası dialoq forumları, dünya dinlərinin liderlərinin Zirvə görüşləri - bütün bunlar Azərbaycan reallığıdır”.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının mütəmadi olaraq slavyan xalqlarının nümayəndələri ilə birgə tədbirlər, layihələr həyata keçirdiyini, problemlərini öyrənir və həllinə çalışdığını vurğulayan S.Abbasov qeyd edib ki, hazırda bu sahədə ən böyük problem erməni işğalından azad olunmuş ərazilərimizdə dini abidələrin bərpası məsələsidir. 30 il ərzində işğal altında qalan torpaqlarımızda bir dənə də dini, mədəni abidə salamat qalmamış, məscidlər donuz fermasına çevilmişdi. Hazırda Azərbaycan hökuməti onların bərpasını xüsusi proqramla həyata keçirir.

“Eyni zamanda, anadan olduğum qədim Azərbaycan torpağı olan Göyçə mahalında da Azərbaycan xalqına aid bir dənə olsun dini abidə qalmayıb, hamısı darmadağın edilib. Bütün dünya ictimaiyyətini bu məsələdə fəal olmağa, erməni vandalizminə “yox!” deməyə çağırıram”, - deyə Assosiasiya sədri bildirib.

Qeyd edək ki, konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri, səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.