İQTİSADİYYAT


Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin rolu müzakirə edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Əfqanıstan SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlıdır.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 11-də şirkətin prezidenti Rövnəq Abdullayev Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulub, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanıb.

Əfqanıstanlı nazir A.Əhmədi ölkəsinin yanacaq bazarı barədə SOCAR-ın prezidentinə məlumat verib, idxalın şaxələndirilməsi məqsədilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivlərini müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.