Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib YENİLƏNİB VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dedi:

-Bismillahir-rəhmanir-rəhim. Möhtərəm qardaşlarım – Azərbaycan Prezidenti, Türkmənistan Prezidenti, hər ikinizin sabahı xeyir olsun. Üçtərəfli görüşün keçirilməsinə razılıq verdiyinizə görə təşəkkür edirəm. İlk növbədə, icazə verin, Əfqanıstan və region üçün bağlantı ilə əlaqədar həm Azərbaycan, həm də Türkmənistanın irəli sürdüyü təşəbbüslərə görə böyük minnətdarlığımı bildirim.

Cənab Prezident Əliyev, mən Sizin Gürcüstan, Türkiyə və bütün Azərbaycan ərazisində yatırdığınız sərmayələrə görə minnətdarlığımı bildirmək istərdim. Mən xüsusilə Əfqanıstandakı iki quru limanına – əvvəlcə Akina limanına, sonra Toraqundi limanına dəmiryolunu uzatdığına görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Xüsusilə Toraqundi bizə Azərbaycana birbaşa xətt çəkməyə imkan verdi. Mən transformativ proqram olan və bugünkü müzakirəmizin əsas mövzusu olacaq Lapis Lazuli dəhlizinə göstərdiyiniz dəstəyə görə sizin hər ikinizə minnətdarlığımı bildirmək istərdim. Bizim sizin hər birinizlə ayrılıqda və sizin bir-birinizlə söhbətiniz olub. İndi bunları həyata keçirmək vaxtıdır. Mən COVID-lə əlaqədar Qoşulmama Hərəkatının sammitinə ev sahibliyi etməsi münasibətilə Prezident Əliyevi təbrik etmək istərdim. Siz sədrlik etdiniz və bizim hamımız iştirak etdik. Bu, mühüm əhəmiyyət kəsb etdi və əlbəttə ki, bizim hamımız həm BMT Təhlükəsizlik Şurasında, həm də əlaqədar məsələlərlə bağlı Qoşulmama Hərəkatının COVID-lə bağlı mövqeyini dəstəkləməyə hazırıq. Mən Türkmənistan ərazisindən yük axınının davamlı, məneəsiz olmasını təmin etmək üçün çox çevik qərarlar qəbul etdiyinə və bizim iki sərhəd-keçid məntəqəmizdə test üçün iki əsas laboratoriyaya etdiyi yardıma görə Türkmənistan Prezidenti Berdiməhəmmədova minnətdarlığımı ifadə etmək istərdim. Mən uzun çıxış etmək əvəzinə möhtərəm qardaşlarımı dinləməyi təklif edirəm. Mənim vurğulamaq istədiyim məsələlər Lapis Lazuli dəhlizi kontekstində enerji, tranzit, ticarət və investisiya məsələləridir. Prezident İlham Əliyev, icazə verin, əvvəlcə Sizi müdrikliyinizi və proqramlarınızı bizimlə bölüşməyə dəvət edim.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Çox sağ olun, cənab Prezident.

Hörmətli Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani.

Hörmətli Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov.

Sizləri səmimiyyətlə salamlayır və bugünkü üçtərəfli görüşdə iştirak etməkdən məmnunluq hissimi ifadə edirəm. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə üçtərəfli görüşün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə təşəkkür edirəm. Bu görüş əməkdaşlığımızın hazırkı vəziyyətinin və gələcək inkişafının müzakirəsi baxımından faydalıdır.

Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir. Dövlət başçıları səviyyəsində həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimiz bu əlaqələrin inkişafına mühüm töhfə vermişdir.

Azərbaycan 2002-ci ildən NATO-nun Əfqanıstanda sülhməramlı missiyalarında iştirak edir. Biz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına hərbi qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə töhfə vermişik. Azərbaycanın “Qətiyyətli Dəstək” missiyasındakı sülhməramlılarının sayı 2018-ci ildə 30 faiz artırılaraq 120 nəfərə çatdırılmışdır.

Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır. 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.

Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulmuşdur. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcəkdir.

Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmişdir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola “Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Ölkə daxilində dəmir yolu infrastrukturu yenilənir. Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Şərq-Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınmışdır. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılmışdır. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir. Mənim 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olmuşdur. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilmişdir.

Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanmışdır. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılmışdır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınmışdır. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırmışdır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir.

Azərbaycan Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir. Hazırkı dövrün ən aktual problemi olan koronavirus xəstəliyi dünyada faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Şərq-Qərb nəqliyyat dəhlizi ilə beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilir.

Azərbaycan 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. Keçən ilin oktyabr ayında Qoşulmama Hərəkatının Azərbaycanda Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Əfqanıstan və Türkmənistan prezidentləri tərəfindən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına dair dəyərli fikirlər səsləndirilmişdir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü təşkil olunmuşdur. Bu görüşdə Əfqanıstan və Türkmənistan prezidentləri də iştirak etmişlər. Zirvə görüşündə iştiraklarına görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm.

Bu günlərdə mənim daha bir təşəbbüsüm – BMT Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifim dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənmişdir. Fürsətdən istifadə edərək bu təşəbbüsə verdikləri dəstəyə görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm.

Biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm.

Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır. 2019-cu ilin iyul ayında Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına getmiş və limanın imkanları ilə yerində tanış olmuşdur. Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulmuşdur. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər.

Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşündə Afrika İttifaqının və Avropa İttifaqının rəhbər şəxsləri iştirak etmişlər. Qoşulmama Hərəkatının tədbirində Avropa İttifaqının ilk dəfə iştirakı tarixi hadisə idi. Azərbaycan bu iki təsisat arasında əlaqələrin inkişafı istiqamətində öz səylərini davam etdirəcəkdir.

Avropa və Asiya ölkələri Şərq-Qərb nəqliyyat dəhlizinin iştirakçılarıdır. Hesab edirəm ki, bugünkü görüşün mövzusu olan nəqliyyat-logistika mövzusu Avropa İttifaqı ilə Qoşulmama Hərəkatı arasında praktiki əməkdaşlıq üçün ilk addım ola bilər.

Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq konsepsiyası da mühüm yer tutur. İnanıram ki, bugünkü üçtərəfli görüşümüzün nəticələri uğurlu olacaq, regional əməkdaşlığa və iqtisadi inkişafa töhfə verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani: Prezident Əliyev, biz Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyətinə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış etdi. Türkmənistan dövlətinin başçısı bu görüşün əməkdaşlığın strateji cəhətdən önəmli məsələlərinə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu dedi, bunun xüsusilə nəqliyyat və kommunikasiya sahəsində tərəfdaşlığı özündə ehtiva etdiyini bildirdi. Qurbanqulu Berdiməhəmmədov hər üç ölkənin COVID-19-a qarşı mübarizə aparmaq üçün beynəlxalq təşəbbüslərdə fəal iştirak etdiyini vurğuladı, koronavirusa qarşı mübarizə və pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması istiqamətində Türkmənistanın təşəbbüslərinə hərtərəfli dəstək verdiyinə görə Azərbaycan və Əfqanıstan prezidentlərinə minnətdarlığını ifadə etdi. Türkmənistan Prezidenti vurğuladı ki, Türkmənistan Əfqanıstan və Azərbaycanın yaxın qonşusu olaraq hərtərəfli, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün səylərini əsirgəməyəcək.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dedi:

-Birinci məsələ Prezident Əliyevin irəli sürdüyü və Prezident Berdiməhəmmədov tərəfindən dəstəklənən təklifi alqışlamaqdır. Bu təklif üç ölkənin nəqliyyat qurumlarının rəhbərləri səviyyəsində və digər müvafiq nazirliklərin iştirakı ilə operativ qərargahın yaradılması ilə bağlıdır. Biz bu təşəbbüsü çox alqışlayırıq. İkinci məsələ hörmətli Türkmənistan Prezidentinin vurğuladığı beş məsələdən ibarət gündəlikdir. Biz bunu qəbul edirik və mənim əlavə təkliflərim olacaq. Üçüncü məsələ Azərbaycanın və Türkmənistanın razılıq verdiyi 9 razılaşmadır, icra mexanizmləri ardıcıl olaraq göstərilib. Dördüncü məsələ isə Lapis Lazuli dəhlizinin ümumi çərçivə olaraq irəli aparılması üçün onun qəbul edilməsidir. Sizin razılığınızla birgə qrupun hər rübdə hər üç prezidentə hesabat verməsini əlavə etmək istərdim. Çünki belə olan halda ölkə rəhbərliyi səviyyəsində həll edilməli məsələlər olduqda biz onları tez həll edə bilərik və irəli gedə bilərik ki, bürokratiya səbəbindən iş dayanmasın.

İcazənizlə Əfqanıstanın perspektivini nəzərə alaraq tamamilə razılaşdırılmış bəzi məsələləri vurğulamaq istəyirəm. Birinci məsələ tranzitdir. Biz Prezident Əliyevə və Prezident Berdiməhəmmədova bir daha dərin təşəkkürümüzü bildirmək istəyirik. Həm Azərbaycan, həm də Türkmənistan regional hablar kimi üzə çıxır. Birinci məsələ odur ki, biz limana ad vermək istəyirik ki, Xəzər dənizi ətrafında gömrük müəssisələri Əfqanıstanın seçdiyi limanlar olsun. İstərdik ki, ticarətçilər əsas diqqəti Bakı və Türkmənbaşı ərazisindən gələn idxallara yetirsinlər. Bu məqsədlə biz əfqan ticarətçilərin və ya Əfqanıstan dövləti ilə birgə ticarətçiləri obyektlərə investisiya yatırmaq və ya onları icarəyə götürmək təşəbbüsünü alqışlayırıq, ki, bu, bizim alışa bildiyimiz bir təşəbbüsə çevrilsin. İkincisi, dəmir yoludur. Dəmir yolu koronavirus dövründə öz dəyərini sübut etmişdir. Çünki yük maşınları ilə daşımanın mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, dəmir yolu bizim xilaskarımız olmuşdur. İstəyirik ki, tarifləri proqnozlaşdırmaq mümkün olsun və daşımaların hərəkəti də bizə ticarəti dəmir yolu ilə genişləndirməyə imkan versin. Biz sizin irəli apardığınız beynəlxalq yük daşımalarını icra etmək və sizin təcrübənizi davam etdirmək istəyirik. Gömrüklə bağlı istəyirik ki, Azərbaycan və Türkmənistan rəhbərliyi arasında razılıq olsun.

Təhlükəsiz sistem üzərindən informasiya mübadiləsi çox mühüm əhəmiyyət kəsb edir. Bizim investisiyamız var və mən sonra bu məsələyə təkrar qayıdacağam. Biz Əfqanıstanda 8 ərazidə quru limanlar yaradırıq. Bu baxımdan iki liman - Akina və Toraqundi limanları hazırdır. Biz həm Azərbaycanın özəl sektoru, həm də Türkmənistanın dövlət sektoru ilə birgə əməkdaşlıq etməyə hazırıq. İkinci məsələ ondan ibarətdir ki, biz çox mühüm ticarət və enerjini inkişaf etdirmişik. Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır. Potensialda onu Pakistan və Hindistana genişləndirməkdir - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri tamamlanana qədər orada gördüyümüz işlərə müvafiq olaraq. Bizim üçün maraqlı olan məsələ odur ki, enerji alışının növləri rəqabət xarakterli deyil, əksinə, bir-birini tamamlayır. Biz Azərbaycandan neft əldə edirik, dizel yanacağını və təbii qazı Türkmənistandan alırıq. Prezident Əliyev, Sizin göstərişinizə əsasən SOCAR bizimlə müqavilə bağlamışdır ki, tapşırığınızla Azərbaycandan Türkmənistana gedən axının proqnozlaşdırılması təmin olunsun.

Bizim üçün iki qardaş ölkə - Azərbaycan və Türkmənistan prioritet təşkil edirlər. Bu məsələ ilə bağlı istərdim ki, konkret irəliləyişə nail olaq. Prezident İlham Əliyev, TƏPİ Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan və TƏP Türkmənistandan Əfqanıstana, Əfqanıstandan Pakistana enerji ötürücü xəttidir. Türk şirkəti üzərinə 1,3 milyard dollar həcmində maliyyə öhdəliyi götürmüşdür. Lakin bununla bərabər, mənim əziz qardaşım Prezident Berdiməhəmmədovun təklif etdiyi kimi biz fibroptik dəhlizlərə də malik olmaq istəyirik. Azərbaycanın bu fibroptik dəhlizlərə bağlantısı Çin də daxil olmaqla Cənubi Asiya, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında qarşılıqlı əlaqələrin simasını dəyişəcək. Biz əməkdaşlıq edirik, odur ki, bu, görülməli mühüm uyğunlaşdırmadır. Əgər biz özümüzün enerjiyə tələbatımızı və sizin enerji təklifinizi bir araya gətirsək, hesab edirəm ki, biz, proqnozlaşdırıla bilən biznes həcmini yaratmış olarıq. Bu da bizə təkcə həcm yox, eyni zamanda, bizim üçün mühüm olan miqyas baxımından tariflər və səmərəlilik məsələlərini həll etməyə imkan verir.

Əfqanıstan Prezidenti ölkəsinin iqtisadi potensialından danışaraq bu sahədə əməkdaşlıq imkanlarının geniş olduğunu bildirdi. Məhəmməd Əşrəf Qani Azərbaycanın və Türkmənistanın özəl şirkətlərini Əfqanıstanla müştərək müəssisələr yaratmağa dəvət edərək ölkəsində geniş çeşiddə mərmər istehsal edildiyini qeyd etdi. O, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq bu sferada Əfqanıstanın malik olduğu potensialdan danışdı, emal sahəsində birgə müəssisələrin yaradılmasının mümkünlüyünə toxundu, ölkəsində kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən bəhs etdi.

Nəqliyyat məsələlərinə toxunan Prezident Məhəmməd Əşrəf Qani dedi:

- Prezident Əliyev, Sizin də qeyd etdiyiniz kimi, Avropa İttifaqı əlaqələndirmə mövzusuna böyük maraq göstərir. Bu, olduqca vacibdir və onlar mühüm iştirakçı olacaq. Nəqliyyat sahəsi ilə bağlı məlumat vermək istərdim. Əfqanıstan özünün dəmir yolu sistemində Rusiya dəmir yolu xətlərinin enini standart kimi qəbul edib. Əfqanıstan dünyanın ən böyük istifadə edilməmiş dəmir filizi yatağına sahibdir və Herat əyalətində digər dəmir filizi yataqlarımız da var.

Regionumuzu həqiqətən də inteqrasiya etmək üçün bizim 4-6 min kilometr uzunluğunda dəmir yolu xətlərinin çəkilməsinə ehtiyacımız var. Bu vacib məsələ də bizim inşaat sahəsində əməkdaşlığımızın gündəliyinə daxil oluna bilər. Burada keyfiyyət və xərclər məsələsi böyük önəm daşıyır və mən bu işdə özəl şirkətlər və digər təsisatlarla birgə çalışmağı təklif edirəm.

Əfqanıstan Prezidenti elektrik xətlərinin çəkilməsi sahəsində əməkdaşlıq barədə məsələlərə toxundu, yüklərin daşınması, bərabər sərmayələrin yatırılması sahələrində Əfqanıstanın Azərbaycan və Türkmənistanla birgə işləməyi arzuladığını vurğuladı.

Prezident Məhəmməd Əşrəf Qani koronavirus pandemiyası ilə mübarizəyə toxunaraq dedi:

- COVID mövzusuna gəldikdə, yaradılmış imkanlara və verilən dəstəyə görə bir daha təşəkkür edirəm. Azərbaycana minnətdaram ki, əfqan xalqına məhsullar göndərmişdir. Biz bunu yüksək dəyərləndiririk. Türkmənistana, bu baxımdan minnətdarlığımızı bildiririk. Siz bizə çox dəyərli yardımlar ayırmısınız və bütün beynəlxalq görüşlərdə və təşkilatlar daxilində biz bunu vurğulayırıq. Ticarət davamlı şəkildə həyata keçirilir. Bu, həyatı təmin edən marşrut oldu. Bunu davam etdirmək olduqca vacibdir. Ümid edirəm ki, məhdudiyyətlər tədricən aradan qaldırılacaq. Gələn iki həftə ərzində biz COVID xəstəliyinin azalmasını, yaxud onun sabit və ya yüksələn xətlə davam etməsini müəyyən edə biləcəyik. Biz bunu gələn iki həftə ərzində görəcəyik. “Con Hopkins” üsulu ilə tədqiqatlar davam edir.

Bildirəcəyim sonuncu məqam sülhlə bağlıdır. Siz də onu qeyd etdiniz. Biz sülh quruculuğu işi ilə ciddi şəkildə məşğuluq. Bizim Xarici İşlər nazirimiz cənab Atmar regional yanaşmalar mövzusunda 18 yaxın və uzaq qonşu dövlətin iştirakı ilə ümumi görüş keçirməyi planlaşdırır. Biz mövcud vəziyyət barədə məlumat verəcəyik və Sizdən dəstək istəyəcəyik. Mən davamlı şəkildə Sizə minnətdaram ki, Əfqanıstana yardımlarda iştirak edirsiniz və həm mənəvi, həm maddi dəstək verirsiniz. Gələcəyimiz bir-biri ilə bağlıdır. Üçtərəfli görüş mexanizmi, fikrimcə, bizə həmin məsələləri həll etdikdən sonra imkanlar açacaq. Sonrakı mərhələdə, Türkiyə və Gürcüstanla həmin imkanlar araşdırılacaq, çünki dəhlizin, sözün əsl mənasında, nəhəng potensialı var. Gərgin iş cədvəlinizdə vaxt tapıb, bu görüşə dəvəti qəbul etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Əgər razılığınız olarsa, bu müzakirənin davam etdirilməsi mexanizmi yaradılsın. Əlavə şərhləriniz olarsa, buyurun. Prezident Əliyev, söz Sizindir.

Prezident İlham Əliyev dedi:

- Sağ olun, cənab Prezident. Bir daha bu təşəbbüsə görə minnətdarlığımı bildirirəm. Bu, çox mühüm və vaxtında keçirilən bir tədbirdir. Sizin təkliflərinizi nəzərə alaraq mən birgə hökumət işçi qrupunun yaradılmasını təklif etmək istərdim. Çünki bu gün bizim müzakirə etdiklərimiz yalnız nəqliyyat sahəsi ilə bağlı deyil. Biz investisiya, ticarətlə bağlı müzakirələr apardıq, telekommunikasiya barədə məsələləri müzakirə etdik. Bütün bu məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, biz aidiyyəti hökumət üzvlərinə göstərişlər verə bilərik ki, hər tərəfdən bir işçi qrup yaradılsın və bizim müzakirə etdiyimiz bütün məsələləri - enerji təhlükəsizliyi, neft, neft məhsulları və qaz təchizatı məsələlərini, tariflərin unifikasiyasını, gömrük qaydalarını, investisiya imkanları ilə bağlı yeni ideyalarımızı əhatə etsin. Beləliklə, biz hazırıq. Türkmənbaşı ilə Siyəzən arasında fiberoptik kabel xətti ilə bağlı məsələlər - bu, sonradan Avropaya qədər və Əfqanıstan vasitəsilə sizin qonşularınıza qədər genişləndirilə bilər. Düşünürəm ki, biz təkliflərə nəzər sala və onları təsdiqləyə bilərik, bütün lazımi göstərişləri verərik və bu prosesi irəliyə apararıq.

Prezident Məhəmməd Əşrəf Qani: Çox gözəl. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib YENİLƏNİB VİDEO

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK CANLI

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib