SİYASƏT


Azərbaycan-Albaniya əlaqələrinin inkişafından məmnunluq ifadə olunub

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Albaniyanın sabiq Prezidenti Rexhep Meidani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Trans-Adriatik boru xəttinin region ölkələri üçün əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.