ELM VƏ TƏHSİL


Azərbaycan Alman Dili Birliyinin qurultayında təmsil olunub

Bakı, 10 iyul, AZƏRTAC 

Ölkəmizdə Alman Dili Birliyinin (ADB) rəhbəri, Azərbaycan Dillər Universitetinin (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərova bu beynəlxalq təşkilatın Hallendə keçirilən qurultayında çıxış edib. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.

O, çıxışında ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın təşəbbüsü ilə bu ali məktəbdə Germanistika İnstitutunun yaradıldığını, Almaniya universitetləri ilə əlaqələrin qurulması istiqamətində müəyyən işlər görüldüyünü, hər il Alman Dili Gününə həsr olunmuş tədbir keçirildiyini diqqətə çatdırıb.

Gülənbər Pirnəzərova qeyd edib ki, orta məktəblərdə və Azərbaycanın müxtəlif bölgələrində də Alman Dili Gününə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 1997-ci ildə Almaniyada yaradılan ADB-nin dünyada təxminən 36 min üzvü var. Azərbaycanda isə ADB 2004-cü ildən yaradılıb, 400-dən çox üzvü var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.