ELM VƏ TƏHSİL


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Elm günü” qeyd olunub

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Elm günü”nə həsr olunmuş “Elm və həqiqət” adlı tədbir keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, professor-müəllim heyətinin, tələbələrin və qonaqların iştirakı ilə keçirilən tədbirdə akademiya əməkdaşlarının 2018/2019-cu tədris ilində işıq üzü görmüş yeni elmi əsərləri təqdim olunub.

Tədbirin təşkilatçısı Maya Abdullayeva müasir cəmiyyətdə elmin artan rolu, dünyada nəşr olunan kitablar və onların istiqaməti haqqında maraqlı məlumatlar verib.

Tədris və elmi işlər üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehbalıyev Azərbaycanın təhsil və elm sahəsində əldə etdiyi uğurları diqqətə çatdırıb. O, ölkənin gələcək inkişafının məhz gənclərdən asılı olduğunu və bu baxımdan da gələcək nəsillərin savadlı formalaşmasında təhsilin rolunun danılmaz olduğunu vurğulayıb.

“Sosial tərəfdaşlıq, həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər” kafedrasının müdiri, dosent Zeynəddin Şabanov yeni nəşr olunmuş “Müasirləşən cəmiyyətin yeni paradiqmaları” elmi əsəri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və monoqrafiyadakı müasir dövrümüzə aid aktual problemləri diqqətə çatdırıb.

“Turizmin iqtisadiyyatı” dərsliyinin müəllifi, iqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Vilayət İsmayılov turizmin ölkə iqtisadiyyatının dayanıqlı inkişafına danılmaz təsirindən danışıb. Dərsliyin tələbələr üçün faydalı olacağını vurğulayıb.

“Firmanın iqtisadiyyatı” dərs vəsaitinin müəllifi, dosent Zakir Əlizadə, “Azərbaycan iqtisadiyyatı” dərsliyinin müəllifi Nurəngiz Mikayılova, “Triqonometriya” dərs vəsaitinin müəllifi Allahverdi Cabbarov və “İqtisadiyyatda informasiya sistemləri” dərs vəsaitinin müəllifi Təranə Vəliyeva dərs vəsaitlərinin tədrisin keyfiyyətinin yüksəldilməsində rolundan danışıblar.

Tədbirdə “Elm və həqiqət” adlı videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.