MƏDƏNİYYƏT


Azərbaycan “Ən yaxşı çıxış edən ölkə” seçilib

Bakı, 18 iyul, AZƏRTAC

İstanbulda Beynəlxalq Tələbə Dərnəkləri Federasiyası (UDEF) tərəfindən təşkil edilən XII Beynəlxalq Tələbə Görüşü və digər əhəmiyyətli tədbirlərdə aktiv iştirak etdiklərinə görə İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi üzvləri 70-ə yaxın ölkə arasında “Ən yaxşı çıxış edən ölkə” nominasiyası üzrə mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, təltifetmə mərasimində UDEF təmsilçiləri və çoxsaylı ölkələrdən gələn tələbələr iştirak ediblər.

“Ən yaxşı çıxış edən ölkə” nominasiyası üzrə sertifikat İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucusu Rəşid Həsən Mustafazadəyə təqdim edilib.

Eyni zamanda, birliyin fəal üzvləri təşəkkürnamələrlə təltif olunub.

Xatırladaq ki, bu ilin aprel ayında İstanbulda UDEF tərəfindən təşkil edilən XII Beynəlxalq Tələbə Görüşü keçirilib. 70-ə yaxın ölkədən 300-dən çox tələbənin bir araya gəldiyi geniş tədbirdə ölkəmiz üçün ayrılmış xüsusi çadırda 2 gün boyunca həm yerli, həm əcnəbi qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında birliyin üzvləri tərəfindən geniş məlumatlar çatdırılıb, musiqili çıxışlar təqdim edilib.

İstanbul Universitetində ilk dəfə olaraq 2017-ci ildə fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin əsas məqsədi azərbaycanlı gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını təmin etməkdir. Sözügedən təşkilatın yeni sədri Anar Can Kıtaydır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.