MƏDƏNİYYƏT


Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Dərbənd el sənətkarları” adlı kitab işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

Onun sözlərinə görə, antologiyada Dərbənd mahalında tarixən ad çıxarmış saz-söz sənətkarlarının və bu gün həmin ənənəni uğurla davam etdirən çağdaş aşıq və şairlərin saz-söz ovqatıyla yaratdıqları poetik örnəklər və dastanların ən yaxşı nümunələri yer alıb. Bu nümunələr Dərbəndin tarixi qüdrətini, mənəvi gücünü ifadə edən, Dərbəndin keçmişini bu günə, bu gününü sabaha daşıyan tükənməz söz sərvətidir.

Qeyd edək ki, kitabı tərtib edənlər Fəxrəddin Qəribsəs və Zeynəb Dərbəndli, nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi məsləhətçisi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə professor İsmayıl Məmmədlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.