İQTİSADİYYAT


Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının IV İllik Toplantısında təmsil olunur

Lüksemburq, 12 iyul, AZƏRTAC

İyulun 12-13-də Lüksemburqda Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) IV İllik Toplantısı keçirilir. Tədbirdə ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.

AZƏRTAC xəbər verir ki, toplantıya bankın üzv ölkələrinin İqtisadiyyat, Maliyyə və Ticarət nazirləri, sahibkarlar, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.

Toplantı çərçivəsində AİİB ilə üzv ölkələr arasında gələcək əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, bank tərəfindən maliyyələşdirilməsi planlaşdırılan yeni investisiya layihələrinin təqdimatı, eyni zamanda, regional əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və infrastrukturun inkişaf etdirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

İqtisadiyyat nazirinin müavini S.Məmmədov toplantıda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi və sosial sahələrdə həyata keçirilən islahatlar, iqtisadiyyatın cari vəziyyəti, dünyanın ən intensiv nəqliyyat qovşağına çevrilən Azərbaycanın həyata keçirdiyi iri nəqliyyat layihələri, eləcə də AİİB-lə ölkəmizin uğurlu əməkdaşlığı barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə banka üzv olan dövlətlər arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyi vurğulanıb, görüşdə aparılan müzakirələrin əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.