İDMAN


Azərbaycan Atıcılıq Federasiyası Avropa Atıcılıq Konfederasiyasının fəxri mükafatı ilə təltif edilib

Bakı, 25 oktyabr, AZƏRTAC

Kiprin Larnaka şəhərində Avropa Atıcılıq Konfederasiyasının XXVIII Baş Assambleyası keçirilib.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Konfederasiyanın prezidenti Vladimir Lisin bu vəzifədəki fəaliyyətinə yekun vuraraq, 2009-2021-ci illərdə Avropada atıcılıq idmanının inkişafına mühüm töhfələr vermiş milli federasiyaları, eləcə də onların nümayəndələrini mükafatlandırıb.

Azərbaycan Atıcılıq Federasiyası “2009-2021-ci illər ərzində qonaqpərvərlik və Avropa yarışlarının mükəmməl təşkil olumasına görə” fəxri mükafatı ilə təltif edilib. Mükafatı təqdim edən Vladimir Lisin qeyd edib ki, Azərbaycan Avropanın dörd ölkəsindən (Fransa, Rusiya və İspaniya ilə yanaşı) biridir ki, bu ölkədə istənilən səviyyəli beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait və infrastruktur yaradılıb.

Federasiyanın prezidenti Vaqif Axundov Avropada atıcılıq idmanının inkişafındakı böyük xidmətlərinə görə “Fəxri ulduz” ordeni, baş katib Emin Cəfərov Avropa yarışlarının ən yaxşı meneceri kimi “Fəxri medal” ilə təltif edilib.

Mükafatlandırılma tədbirindən sonra Avropa Atıcılıq Konfederasiyasının prezidenti vəzifəsinə və digər vəzifələrə seçkilər keçirilib. Alexander Ratner Avropa Atıcılıq Konfederasiyasının yeni prezidenti, Azərbaycan Atıcılıq Federasiyanın baş katibi Emin Cəfərov isə növbəti dəfə texniki komitənin üzvü seçiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.