SİYASƏT
Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Strasburqda görüşlər keçirib
Strasburq, 29 noyabr, AZƏRTAC
Strasburqda səfərdə olan Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Parlamentinin yeni üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Avropa İttifaqı-Azərbaycan Parlament Komitəsinin həmsədri Marina Kaljurand, onun müavinləri Rasa Jukneviciene və Kosma Zlotovski , Avropa Parlamentinin Azərbaycan üzrə yeni təyin olunmuş daimi məruzəçisi Zeliana Zovko, Avropa Parlamentində Xalq Partiyasının sədri Trayan Basesku və digər avropalı parlamentarilərlə görüşüb.
Görüşlərdə əməkdaşlığın daha da genişləndirilməsi, növbəti parlament iclasına hazırlıq məsələləri müzakirə olunub.
Azərbaycan üzrə yeni daimi məruzəçiyə ölkəmiz haqqında ətraflı məlumat verilib və onun sualları cavablandırılıb. Həmçinin ölkəmizlə bağlı hazırlanacaq növbəti hesabata dair fikir mübadiləsi aparılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq