İQTİSADİYYAT


Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

Bakı, 30 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın 3 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, İspaniya və Portuqaliya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 1 milyard 469,6 milyon ABŞ dolları, İspaniyaya 182,1 milyon dollar, Portuqaliyaya isə 123,8 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.