İQTİSADİYYAT


Azərbaycan Avropa Statistikləri Konfransının sessiyasında təmsil edilib

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Avropa Statistikləri Konfransının plenar sessiyasında təmsil olunub.

Komitədən AZƏRTAC-a bildirilib ki, iyunun 18-20-də İsveçrənin Cenevrə şəhərində Avropa Statistikləri Konfransının 66-cı plenar sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov iştirak edib.

Sessiya zamanı Polşa, İsrail, Yeni Zelandiya, Slovakiya və BMT Avropa İqtisadi Komissiyası (BMT AİK) tərəfindən rəsmi statistikanın əhəmiyyəti və əhatə dairəsinə, Albaniya, Meksika, Monteneqro, Niderland və BMT AİK tərəfindən statistikada kommunikasiyaların təkmilləşdirilməsinə həsr olunmuş seminarlar keçirilib. Eyni zamanda, seminarlarda gender statistikası, sosial təcridetmənin ölçülməsi və rəsmi statistikanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı risklər, bu sahədə çatışmazlıqlar və digər məsələlər də müzakirə olunub.

Sosial, iqtisadi statistika üzrə əsas, kompleks və həssas göstəricilər, sahibkarlıq statistikası, əhali və mənzil fondu siyahıyaalmaları zamanı reyestrlərdən və inzibati məlumatlardan istifadə, miqrasiya statistikası üzrə məlumatların inteqrasiyası, işçi qüvvəsinin beynəlxalq mobilliyinin ölçülməsi, statistika qanunvericiliyinin ümumi elementlərinə dair təlimat və tövsiyələr təsdiq olunması üçün konfransa təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.