ELM VƏ TƏHSİL


Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində (“Education 2018”) iştirak edir.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgidə AAF-ın Beynəlxalq Avtomobil Federasiyasının (FIA) kampaniyaları çərçivəsində ölkəmizdə həyata keçirdiyi “Uşaqları xilas edək”, “Təhlükəsiz məktəb yolları” və “Uşaqlar üçün sürəti azalt” layihələri təqdim olunur. Federasiyanın stendində, həmçinin uşaqlar üçün yol hərəkəti qaydaları barədə maarifləndirici nəşrlər təqdim edilir.

Eyni zamanda, burada AAF və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində azyaşlılara yol hərəkəti təhlükəsizliyinə dair interaktiv dərslər keçirilir. “Education 2018” sərgisi oktyabrın 13-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.