İQTİSADİYYAT


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Road&Traffic 2018" sərgisində iştirak edir

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Ekspo Mərkəzində təşkil olunan VIII Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2018" sərgisində iştirak edir.

AZƏRTAC xəbər verir ki, dövlət agentliyinin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

"Road&Traffic 2018" sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə problemlərin həlli yollarının inkişaf etdirilməsidir.

“Road & Traffic 2018” sərgisində Azərbaycan, Belçika, Belarus, İran, Polşa, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsulları təqdim edirlər.

“Road & Traffic 2018” sərgisi XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi ilə eyni meydançada keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.