İQTİSADİYYAT


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun sədrliyi və agentliyin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.

Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müşavirədə cari il ərzində agentlik tərəfindən yol infrastrukturunun yenilənməsi və müasirləşməsi istiqamətində, xüsusən də, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yekunlaşdırılan və davam etdirilən layihələr barədə məlumat verilib.

Həmçinin 2022-ci ilin iş planına əsasən qarşıda duran vəzifələr, ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun konsepsiyanın hazırlanması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən əmr imzalanıb.

Müşavirədə əmrin icrası ilə bağlı rəhbər şəxslərə tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.