REGİONLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov aprelin 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edəcək.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da AAYDA-nın Cocuq Mərcanlı kəndində yerləşən “13 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında keçiriləcək.
Qəbulda Cocuq Mərcanlı kəndinin, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.