REGİONLAR


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Qax və Balakən rayonlarında vətəndaşların qəbulunu keçirəcəklər

Bakı, 14 iyun, AZƏRTAC 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov iyunun 21-də Qax rayonunda, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Balakən rayonunda vətəndaşları qəbul edəcəklər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, idarə heyətinin sədri Saleh Məmmədovun qəbulu Qax şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında saat 10:00-da keçiriləcək. Qəbulda Qax və Zaqatala rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Balakən şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Balakən rayonunun sakinlərinin iştirakı mümkündür.

Qəbullarda vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Həmçinin qeyd olunub ki, qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.