REGİONLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Sabirabad və İmişlidə vətəndaşlarla görüşəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov sentyabrın 20-də Sabirabad rayonunda, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli rayonunda vətəndaşları qəbul edəcəklər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Məmmədovun qəbulu Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Sabirabad və Saatlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Ə.Qocayev isə İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda yalnız İmişli rayonunun sakinləri iştirak edə bilərlər.
Saat 10:00-da başlanılacaq hər iki qəbulda vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək. Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.