REGİONLAR


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Tərtər və Goranboyda vətəndaşları qəbul edəcəklər

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov mayın 24-də Tərtər rayonunda, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Goranboy rayonunda vətəndaşları qəbul edəcəklər.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Məmmədov vətəndaşlarla Tərtər rayonu, Tərtər İdman və Gənclər mərkəzində saat 10:00-da görüşəcək. Qəbulda Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilərlər.

Ə.Qocayev isə Goranboy rayonu, Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Goranboy rayonunun sakinləri iştirak edə bilərlər.

Qəbullar zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.