İQTİSADİYYAT


Azərbaycan Banklar Assosiasiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edəcək VİDEO

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, sazişi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova imzalayıblar. Sazişə əsasən hər iki qurum elektron və maliyyə xidmətləri sahəsində əməkdaşlıq edəcək.

Qeyd edək ki, imzalanma noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumu çərçivəsində baş tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.