İQTİSADİYYAT


Azərbaycan Banklar Assosiasiyası Fintex Assosiasiyası ilə əməkdaşlıq edəcək

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

ABA-dan AZƏRTAC-a bildirilib ki, memorandum əsasında növbəti illərdə tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, rəqəmsal ödənişlər və fintex ekosistemində birgə konfrans, seminar və digər tədbirlərin təşkili, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi üzrə koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi və digər bu kimi istiqamətlərdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Bank sistemi və fintex ekosistemində təmsil olunan maliyyə institutları arasında fəaliyyətin koordinasiya olunmuş formada həyata keçirilməsi bank xidmətlərinin rəqəmsallaşmasına töhfə vermək baxımından faydalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.