İQTİSADİYYAT


Azərbaycan Banklar Assosiasiyasının nəzdində yeni Ekspert Qrupu yaradılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində "Daxili audit üzrə" Ekspert Qrupu yaradılıb.

ABA-dan AZƏRTAC-a bildirilib ki, yeni Ekspert Qrupunda bir sıra işlərin görülməsi nəzərdə tutulur - beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkili, daxili audit işinə dair normativ aktların yenilənməsi, hazırlanması, auditorların peşəkarlıq dərəcələrinin artırılması məqsədilə təlim, konfrans, seminarların təşkili, daxili audit işi ilə bağlı təhlil və araşdırmaların aparılması, bank fəaliyyətini tənzimləyən hüquqi normativ bazanın yenilənməsi, mövcud problemlərin həlli, xarici təşkilatlarla işgüzar münasibətlərin qurulması.

Qrupa rəhbərlik "Azərbaycan Beynəlxalq Bankı" ASC-in Daxili Audit Departamentinin direktoru Elgün Qurbanova həvalə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.