İDMAN


Azərbaycan Basketbol Liqası: XV tura yekun vurulub

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında (ABL) XV tur yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, turun bağlanış oyunu bu gün Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan BK” və “Neftçi İK” arasında keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən, əlavə vaxta gedən oyunun sonunda “AAAF Xırdalan BK” rəqibi üzərində 104-102 hesablı qələbə qazanıb.

Matçın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan BK”dan Devin Pullum (35 xal, 5 asist ), “Neftçi İK”dan isə Davit Lomidze (24 xal, 4 ribaund) olub.

Qeyd edək ki, “Gəncə BK” – “Olimpik Şəki BK” komandaları arasındakı oyun texniki və təşkilati məsələlərə görə qeyri-müəyyən vaxta təxirə salınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.